Azərbaycan Müştərək İş Adamları Şurasının yaradılması ilə əlaqədar Səudiyyə Ərəbistanın təşəbbüsünü dəstəkləyir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Azərbaycan Səudiyyə Ərəbistanın Riyad Ticarət və Səudiyyə Palatasının hər iki ölkənin iş adamlarının təmsil olunacağı Müştərək İş Adamları Şurasının yaradılması ilə bağlı təklifinə müsbət yanaşır”,- Ş.Mustafayev çərşənbə günü Səudiyyə Ərəbistanının Bakıdakı səfiri Haməd bin Abdulla bin Səud bin Xudeyri ilə görüşdə bildirib.
Nazir məlumat verib ki, Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 370 mln. dollar investisiya yatırıb, Azərbaycanda 26 Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir. “Ölkəmiz Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə uğurla əməkdaşlıq edir”,- Ş.Mustafayev bəyan edib.
Öz növbəsində, səfir qeyd edib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur və bu istiqamətdə əlaqələrin inkişafı üçün səy göstərəcək.
Həmçinin görüş zamanı sənaye, kənd təsərrüfatı, maliyyə, ticarət, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.
Martın 4-də Bakıda Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib. İclasda Komissiyanın həmsədri, Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər biznes əməkdaşlığının aktivləşdirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirlməsini təklif edib. Onların arasında biznesə dəstəyin genişləndiirlməsi və təşviqi məqsədilə Müştərək İş Adamları Şurasının yaradılmasının sürətləndirilməsi yer alır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət