Monteneqronun “Adriatic Capital” şirkəti Azərbaycanda külək və günəş enerjisindən istifadə üzrə layihələrdə iştirakda maraqlıdır. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Energetika nazirinin müavini Elnur Soltanov və “Adriatic Capital”ın baş icraçı direktoru Marko Vuyoviç “Adriatic Capital” şirkəti ilə Azərbaycan arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
“M.Vuyoviç Monteneqroda alternativ və bərpaolunan enerji sektorunun mövcud vəziyyəti, bu sahədə şirkətin fəaliyyəti, iştirak etdiyi layihələr haqqında məlumat verib. Bildirib ki, şirkət layihələndirmə, maliyyələşdirmə, tikinti və istismar xidmətləri üzrə fəaliyyət göstərir və Monteneqro ilə yanaşı, Serbiya, Bosniya və Hersoqovina, eləcə də digər ölkələrdə külək parkları, su və günəş elektrik stansiyalarının tikintisində iştirak edib”, - deyə məlumatda bildirilir.
M.Vuyoviç şirkətin Azərbaycanda yüksək bərpaolunan enerji mənbələri potensialına malik ərazilərə baxış keçirildiyini, ölkəmizdə külək və günəş enerjisindən istifadə üzrə layihələrdə iştirakda maraqlı olduqlarını deyib.
“Görüşdə bərpaolunan enerji sahəsinin inkişafı üzrə Energetika Nazirliyi ilə Anlaşma Memorandumunun imzalanması və gələcək əməkdaşlıq imkanlarının müəyyən edilməsi istiqamətində danışıqların aparılmasına dair müzakirələr aparılıb”, - deyə məlumatda qeyd olunur.
Energetika Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalının payı 18% təşkil edir. Əsas hissə su elektrik stansiyalarının payına düşür.
Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin gücünü 3461 MVt-a çatdırmağı planlaşdırır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət