“SOCAR Energy Switzerland” şirkəti (SOCAR-ın İsveçrədəki törəməsi) 2019-2023-cü illərdə İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikəcək. Bu barədə SOCAR-dan məlumat verilir.
“SOCAR İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən elan olunan tenderdə iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanıb”, - məlumatda deyilir.
Qeys edilir ki, şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir. “Bu, İsveçrənin avtomobil yollarında ən böyük şəbəkədir. Qarşıdakı illərdə avtomobil yolları üzərindəki istirahət yerlərində yeni xidmət məntəqələrinin istifadəyə verilməsi ilə şəbəkənin daha da genişlənəcəyi gözlənilir”, - məlumatda bildirilir.
Yeni stansiyalar ilk dəfə olaraq SOCAR tərəfindən müstəqil surətdə tikiləcək. Davamlı elektrik enerjisi isə istirahət yerlərinin aid olduğu regionlarda elektrik istehsalı ilə məşğul olan obyektlərdən alınacaq.
“FEDRO ilə yeni sazişin imzalanmasından məmnunuq. Avtomobil yollarındakı istirahət yerlərinin inkişafı SOCAR-a əsas nəqliyyat yolları üzərində mövcud olan sürətli elektrik yükləmə şəbəkəsini genişləndirmək imkanı verəcək. Biz hələ ilkin mərhələdəyik. Lakin getdikcə genişlənən şəbəkə elektromobil nəqliyyatında öz yerini möhkəmlətməkdə kömək edəcək. Biz gələcəyə istiqamətlənmiş bu texnologiyaya sərmayə qoymaqda qərarlı olduğumuzu ilk mərhələdən bildirmiş, qətiyyət göstərmişik”, - məlumatda “SOCAR Energy Switzerland” şirkətinin baş direktoru Edqar Baxmannın sözlərindən sitat gətirilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət