Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Ermənistanın baş naziri Nikol Paşinyanın prezident İlham Əliyevlə görüş zamanı istənilən məsələni qaldıra biləcəyini ehtimal edir.
Xəbər verildiyi kimi, öncə N.Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, İrəvan danışıqlar prosesində Qarabağın cəlb olunması istiqamətində ardıcıl addımlar atacaq və bu məsələ Aərbaycan prezidenti İlham Əliyev və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirələrdə əsas bənd olmaqda davam edəcək.
“Prioritetin nə olacağını bilmirəm (Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı N.Paşinyan üçün - İF ). Yəqin ki, o istədiyi məsələni qaldıra bilər. Bu halda, həm Avropa İttifaqı, həm Azərbaycan prezidenti danışıqların formatına dair tam aydın şəkildə fikirlərini bildiriblər. Bu məsələ ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanatla çıxış ediblər”, - E.Məmmədyarov “İnterfaks-Azərbaycan”a bildirib.
Onun rəyinə görə, N.Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan söz verdiyi iqtisadi inqilabı həyata keçirə bilməyəcək. “Ermənistanın baş naziri iqtisadi inqilab (planlar - İF)barədə elan edib. Olsun, lakin onun dörd dövlətdən ən azı ikisi (Azərbaycan və Türkiyə ilə - İF) ilə sərhədləri bağlıdır. Bu, yəgin ki, sərhədi açmaq və normal münasibətlər qurmaq üçün ilk addımdır. Mehriban qonşuluq anlayışı da beynəlxalq hüququn təməllərindən biri olaraq qalacaq”, - nazir qeyd edib.
E.Məmmədyarov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə lazımdır.
O cümlədən, XİN başçısı N.Paşinyanın Azərbaycan və Ermənistan xalqlarının sülhə hazırlanmasına dair bəyanatını şərh edib. “Azərbaycan xalqı siz və bizik, mən hələ ki, bunu hiss etmirəm. Sizi deyə bilmərəm. Dağlıq Qarabağın Azərbaycan və Ermənistan icması var. Bu halda baxmalıyıq, hərəkət edirik yoxsa boşboğazlıqla məşğul oluruq. Hamıya hər şey məlumdur, siyasi iradə qalır. Azərbaycan və Ermənistan xalqlarının sülhə hazırlanmasına dair bəyanat Parisdə təsadüfən səslənməyib”, - XİN başçısı vurğulayıb. **
F.İsazadə
ETX və “Fortinet” kibertəhlükəsizlik sahəsində əməkdaşlıq qurur
11 ay ərzində Azərbaycanda pul bazası 5% artıb, noyabrda 0,4% azalıb
Türk dövlətlərinin nümayəndələri Şuşada mədəni turizmin perspektivlərini müzakirə ediblər
Gəncədə xəstəxananın əsaslı təmirinə 1 milyon manata yaxın vəsait yönəldiləcək
13-cü Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Bakıda keçiriləcək
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
Netanyahu “Hizbullah”ı genişmiqyaslı müharibədən çəkindirir
HƏMAS girov götürdüyü bütün qadın və uşaqları İsrailə təhvil verdiyini iddia edir
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək