“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Astara (İran sərhədi) dəmir yolunun yenidənqurulmasına Dünya Bankından kredit cəlb etməyi planlaşdırır. Bu barədə QSC-nin sədri Cavid Qurbanov deyib.
“Bakı-Astara dəmir yolunun yenidənqurulması məqsədilə Dünya Bankına müraciət etmişik. Bundan əlavə, bu layihənin icrasına Azərbaycan prezidenti tərəfindən də maliyyə ayrılıb. Bütün bu vəsait əsasında 243 km uzunluğunda dəmir yolunun yenidən qurulmasını və bir xəttdən iki xəttə çevrilməsini, elektikləşdirilməsini, xəbərdarlıq və rabitə sistemini yeniləməyi planlaşdırırıq”, - C.Qurbanov cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda xarici şirkətlərlə Lənkəran rayonu ərazisində dəniz kənarı boyu Bakı-Astara dəmir yolunun yeni hissəsinin layihələndirilmə işləri aparılır.
“Yeni yolun salınması məqsədilə torpaqların satın alınması məsələləri artıq başa çatıb. 2019-cu ildə layihələndirmə işlərinin başa çatmasını gözləyirik. Gələn ilsən bu yolun maliyyələşdirilməsi və tikintisi ilə bağlı işlərin icrasına başlanacaq”, - C.Qurbanov qeyd edib.
“Bəli, bu layihənin biz tərəfindən maliyyələşdirilməsi təklifi daxil olub. Lakin müzakirələr hələlik ilkin mərhələdədir”, - “İnterfaks-Azərbaycan”a Dünya Bankının Bakıdakı nümayəndəliyindən məlumat verilir.
C.Qurbanov həmçinin qeyd edib ki, ADY 2019-cu ilin yayında Bakı-Yalama (RF ilə sərhəd) dəmir yolunun yenidənqurulmasına başlamağı planlaşdırır.
Xəbəır verildiyi kimi, Asiya İnkişaf Bankı (AİB) Azərbaycana dəmir yolları sısteminin inkişafına $400 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit vəsaitləri hesabına “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, cəmiyyətin maliyyə aktivliyinin artırılması, ADY-nin yeni korporativ qurumunun yaradılması, eləcə də Bakıdan Rusiya sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.
Bakı–Yalama dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhliz ilə iri həmcdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yolllarının yenidənqurulmasını həyata keçriməyi qərara alıb.
Şimal-Cənub nəqliyyat dəhlizi Çimali Avropanı Cənub-Şərqi Asiya ilə, həmçinin Azərbaycan, İran və Rusiyanın dəmir yollarının birləşdirilməsinə xidmət edir. İlkin mərhələdə bu dəhliz ilə illik 5 mln. ton, gələcəkdə - 10- mln. tondan artıq yük nəqli planlaşdırılır. **
N.Abbasova, B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət