“Petlim” konteyner terminalı “SOCAR Terminal” adı altında fəaliyyət göstərəcək. Bu barədə Türkiyə mətbuatı xəbər verir.
““SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi – İF) “APM Terminalleri Liman Isletmeciligi” şirkətində 100% pay sahibi olduqdan sonra 2018-ci ilin dekabr ayından etibarən “Petlim” terminalının istismarını həyata keçirir. SOCAR inteqrasiya strategiyası çərçivəsində terminalın hüquqi adı və loqotipində dəyişiklik edib. Bundan sonra “Petlim” konteyner terminalı “SOCAR Terminal” adlanacaq”, - deyə mətbuatda “SOCAR Turkiye Enerji”nin məlumatına istinadən bildirilir.
Xəbər verildiyi kimi, “SOCAR Turkiye Enerji” 2018-ci ildə Hollandiyanın “APM Terminals” şirkətindən Türkiyədəki “APM Terminalleri Liman Isletmeciligi A.S.”in yeganə aktivini alıb. Sövdələşmə artıq təsdiqlənib.
2013-cü ilin fevral ayında “Petkim Petrokimya Holding”i və “APM Terminals” şirkəti arasında İzmirdə illik gücü 1,5 mln. TEU olan konteyner terminalının tikintisi və istismarı haqqında müqavilə bağlanıb. Niderland şirkəti 28 il ərzində terminalı idarə edəcək. Layihənin ümumi dəyəri $450 mln. təşkil edib. Layihənin həyata keçirilməsi üçün “APM Terminals” «APM Terminalleri Liman Isletmeciligi A.S.» şirkətini təsis edib.
““Petlim” terminalı 2016-cı il dekabrın 6-da I faza çərçivəsində kommersiya fəaliyyətinə başlayıb və ilk gəmini qəbul edib. Birinci mərhələdə limanın illik gücü 800 min konteyner təşkil edib, ikinci mərhələdə bu rəqəm ildə 1,5 mln. konteynerə çatacaq. Gələcəkdə limanın gücü ildə 4 mln. konteynerə qədər artırıla bilər.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət