Tanınmış prodüser, rejissor və aktyor, Moskvada yaşayan həmyerlimiz Timur Cəfərov TELLMANN SHOW-ya video-müsahibə verib.
Ali tibb təhsili almış Timur Cəfərov müsahibəsində həkimlik peşəsini prodüserliyə dəyişməsinin səbəblərini açıqlayıb, “KVN” komandasının oyunlarında iştirakından, “NİKA” Milli Rusiya Kinemotoqrafiya Mükafatının təqdimat mərasimində müəllif və rejissor kimi işindən, kinemotoqrafiya və televiziyanın sirlərindən və bugünkü reallıqlarından danışıb.
Timur Cəfərov ilk dəfə olaraq Rusiyanın populyar “Voroninı” teleserialının seriyalarından birinin Bakıda çəkiliş ideyasından bəhs edib. Bundan əlavə, Timur Cəfərov kinolayihənin baş prodüseri kimi “Jara” Beynəlxalq Musiqi Festivalına həsr olunmuş “Jara V Baku” kinofilminin tezliklə ekrana çıxma planlarından söz açıb.
Müsahibədə Azərbaycanın turizm baxımından cazibədar regionlarına və milli mətbəxinə xüsusi yer ayrılıb. Timur Cəfərov əcnəbi turistlərə Azərbaycanın sevdiyi görməli yerlərinə səyahət etməyi məsləhət görüb.
Video-müsahibəni https://www.youtube.com/watch?v=oLytgVD_R-0 linki vasitəsilə izləyə bilərsiniz.
TELLMANN SHOW layihəsinin müəllifi və rəhbəri Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir. TELLMANN SHOW Caspian Club və “Narimanfilm” kinostudiyasının “Gate 25”in iştirakı ilə birgə layihəsidir.
TELLMANN SHOW-nun yaradıcı kollektivi sponsor, partnyor və ya reklamverici qismində bu layihədə iştirak etmək istəyən şirkət və təşkilatları əməkdaşlığa dəvət edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət