2019-cu ilin iki ayı ərzində VTB (Azərbaycan) kartları üzrə nağdsız ödənişlərin həcmi 85% artaraq 2,7 mln manatı keçib. Əməliyyatların sayı 69% artaraq 27 mindən çox olub. Əməliyyatların 40% xarici ölkələrdə aparılan ödənişlərin payına düşür.
Nağdsız əməliyyatlar üzrə aktivliyin artması onlayn-xidmətin istifadəsinin rahatlığı ilə yanaşı, kart hesabının artırılması əməliyyatı üzrə komissiya haqqının aşağı salınması ilə də əlaqəlidir.
Bundan başqa VTB (Azərbaycan)-da nağdsız ödənişlərin stimullaşdırılması üzrə aksiya davam edir. Aksiyada iştirak üçün 10 aprel 2019-cu il tarixinədək bankın kartları vasitəsilə 20 manat məbləğindən başlayaraq ən azı 5 nağdsız ödəniş etmək tələb olunur. Daha çox ödəniş etmiş üç müştəri aksiyanın qalibi olacaq. Onlar müvafiq olaraq 200,100 və 50 manat məbləğində pul mükafatı əldə edəcək. Aksiyanın nəticələri 10 aprel 2019-cu il tarixindən sonra müəyyənləşəcək və qaliblər xüsusi SMS-xəbərdarlıq vasitəsilə məlumatlandırılacaq.
Müştərilər nağdsız əməliyyatları ölkə daxilindəki ticarət nöqtələrində və elektron kommersiya vasitəsi ilə həyata keçirə bilər. Nağd vəsaitin çıxarılması, istənilən növ kart köçürmələri, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada nəzərə alınmayacaq.
Aksiya müddətində VTB (Azərbaycan) ödəniş kartlarının sahibləri internet və mobil bank vasitəsilə hesabın artırılması, eləcə də cari hesabdan depozit və əmək haqqı kartına vəsaitin köçürülməsi kimi xidmətləri komissiyasiz həyata keçirə bilər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət