Bakı və Qroznı Azərbaycanda Çeçenistan Respublikasının nümayəndəliyinin açılması barədə razılığa gəlib. Bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov “ВКонтакте” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O qeyd edib ki, müvafiq razılıq Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə Çeçenistan rəhbərinin müşaviri, RF Dövlət Dumasının deputatı Adam Delimxanovun görüşü zamanı əldə olunub.
"Söhbət zamanı Azərbaycan və Çeçenistan Respublikası arasında iqtisadi, mədəni, idman və humanitar əlaqələrin gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub, eləcə də Bakıda Çeçenistan Respublikasının nümayəndəliyinin açılması barədə razılığa gəlinib”, - deyə R.Kadırov yazıb.
O qeyd edib ki, daha əvvəl İ.Əliyevi Çeçenistana səfərə dəvət etmiş A.Delimxanov görüş zamanı dəvəti təsdiq edib. Azərbaycan prezidenti bildirib ki, ilk fürsətdə Qroznıya səfər edəcək.
"İlham Heydəroviç dəvəti minnətdarlıqla qəbul edib və əmin edib ki, ilk fürsətdə Çeçenistana səfər edəcək. Çeçenistan ilə Azərbaycan arasında münasibətlər qədim ənənələrə malikdir və əsası Azərbaycan prezidenti Heydər Əliyev (1993-2003-cü illər - İF) və Çeçenistanın birinci prezidenti, Rusiya qəhrəmanı Əhməd-Hacı Kadırov tərəfindən qoyulub”, - deyə o vurğulayıb.*
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət