“VTB Bank (Azerbaijan)”ın Müşahidə Şurasının qərarı ilə İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Bu barədə bankın məlumatında deyilir.
“"VTB Bank (Azerbaijan)”ın Müşahidə Şurası Korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilovu və Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitri Qalaşevi İdarə Heyətinin üzvləri təyin edib”, - deyə məlumatda qeyd olunur.
Y.Cəlilov İdarə Heyətinin üzvü kimi korporativ biznesə, o cümlədən kiçik və orta sahibkarlarla iş, məhsulların hazırlanması, eləcə də təhlil və hesabat kimi istiqamətlərə nəzarət edəcək.
D.Qalaşev isə pərakəndə biznesə, o cümlədən bank məhsullarının satışı, şəbəkə və müştəri xidmətlərinin inkişafı, eləcə də bankın pərakəndə müştərilərinə məsafəli xidmətin göstərilməsi kimi istiqamətlərə nəzarət edəcək.
Y.Cəlilov “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə “Xəzər” universitetini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, Azərbaycan Dövlət Neft Akademiyasında magistr dərəcəsi alıb. Həmçinin 2015-2018-ci illərdə Böyük Britaniyanın “Warwick Business School” ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib. 1996-cı ildən bank sahəsində çalışır, “Azərbaycan Beynəlxalq Bankı” ASC-də rəhbər vəzifələrdə işləyib. 2018-ci ildən “VTB Bank (Azerbaijan)”ın Korporativ biznesin inkişafı departamentinə rəhbərlik edir.
D.Qalaşev “Mühəndis-iqtisadçı” ixtisası üzrə Kostroma texnoloji universitetini bitirib. “VTB” qrupunda 2004-cü ildən, “VTB Bank (Azerbaijan)”da isə 2017-ci ildən çalışır.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “VTB Bank” ASC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət