2019-cu ilin sonuna qədər məcburi köçkünlər üçün minimum 6 min mənzil istifadəyə veriləcək. Bunu prezident İlham Əliyev deyib.
Dövlət başçısı bu gün Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılış mərasimində iştirak edib.
“2018-ci ildə məcburi köçkünlər üçün 5 mindən çox (5903 - İF) mənzil inşa edilib. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək və ilin sonuna qədər minimum 6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır”, - deyə o bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan İ.Əliyev bir daha vurğulayıb ki, ölkəmizin prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur.
“Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, həmçinin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Tarixi ədalət də Azərbaycanın tərəfindədir”, - deyə dövlət başçısı bildirib.
İ.Əliyev əlavə edib ki, beynəlxalq hüquq da Azərbaycanın mövqeyini dəstəkləyir.*
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət