Bakı çevik çoxvektorlu xarici siyasətin inkşafını davam etdirəcək və Rusiya ilə əməkdaşlıqdan imtina etmək fikrində deyil. Bunu Azərbaycan XİN başçısı Elmar Məmmədyarov deyib.
“Rusiya ilə normal qarşılıqlı səmərəli münasibətlərin qurulması Azərbaycan üçün prioritet təşkil edir”, - E.Məmmədyarov “Moskva-Baku” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsi hər zaman mövcud olub.
“Rusiya böyük qonşumuzdur. İqtisadi nöqteyi-nəzərindın – iri bazardır. Anlaşma aspektindən baxsaq – bununla problemimiz yoxdur, çünki rus dili əksər hallarda xalqlararası ünsiyyət dili qismində çıxış edir”, - nazir bildirib.
E.Məmmədyarov qeyd edib ki, Bakı ilə Brüssel arasında strateji tərəfdaşlığa dair yeni sazişin imzalanması ilə Azərbaycanın xarici siyasət kursunun Avropa İttifaqına tərəf dəyişəcəyinə fair fikirlərin yanlış olduğunu vurğulayıb.
“Xeyr, bu düzgün təsəvvür deyil. Düşünürəm ki, heç kəsi qorxutmaq lazım deyil və məsələni bu cür qoymaq qətiyyən düzgün deyil. Diplomatiyada ağ-qara kino olmur”, - XİN başçısı qeyd edib.
Onun sözlərinə görə, heç bir halda bizimlə deyilsənsə, demək bizə qarşısan demək olmaz.
“Dünya dəyişib. Bu gün biz 1939-cu ildə İkinci Dünya müharibəsinin başlanmasına dair çox əla məruzə dinlədik. Məhz həmin dövrdə “Bizimlə deyilsənsə, demək bizə qarşısan” formulası səslənirdi. İndi hər şey başqa cür olub”, - E.Məmmədyarov bildirib.
O qeyd edib ki, bu halda məsələni aşağıdakı kimi qoymaq lazımdır: “Bəli, bu saziş bizim üçün maraqlıdır, çünki özümüz üçün Aİ-nin bazarını açırıq”.
“Dünən Əməkdaşlıq Şurasının iclasında energetikaya hısr olunan bölməni müzakirə etdik. 2020-ci ildəı Azərbaycan qazı İtaliya bazarına çıxacaq. Bundan əlavə, qeyd etdiyim kimi, Balkan yarımadası bazarı da var. Bu haqda AvropaKomissiyasının genişlənmə vəqonşuluq siyasətiməsələləri üzrə komissarıYohannesHan və Avropaİttifaqının diplomatiya rəhbəri FederikaMoqerini ilə kifayət qədər söhbət etmişik. O cümlədən, Aİ ilə artıq siyasi hiissəni razılaşdırmışıq, qalıb ticarət sektoru. Avropa İttifaqı ilə kifayət qədər ciddi danışıqlarımız baş tutmalıdır. Əminəm ki, bu saziş Rusiya üçün də maraqlı olacaq”, - E.Məmmədyarov yekun vurub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət