2018-2025-ci illərdə Azərbaycanın neft-qaz sektoruna ümumi investisiyalar $20 mlrd. təşkil edəcək.
Bu məlumatlar Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) dərc etdiyi Market Analysis Azerbaijan 2019-da qeyd olunur.
“Wood Mackenzie” şirkətinin qiymətləndirmələrinə görə, 2018-2025-ci illərdə Azərbaycanın neft-qaz sektoruna investisiyalar $20 mlrd. təşkil edəcək. Bu vəsait həmçinin Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqların işlənməsinə yatırılacaq”, - hesabatda qeyd olunur.
Sənəddə vurğulanır ki, 2017-ci ilin payızında Azərbaycan AÇG üzrə tərəfdaşlarla 2050-ci ilədək nəzərdə tutulan yeni saziş imzalanıb. Bu saziş çərçivəsində AÇG blokunda 2050-ci ilədək 500 mln. tona yaxın neft hasilatı planlaşdırılır. Layihəyə investisiyalar $40 mlrd.-ı keçəcək.
“Bütövlükdə, 2018-ci ilin sonuna AÇG blokunun işlənməsinə sərmayələr $44 mlrd. təşkil edib”, - sənəddə qeyd olunur.
Bildirilir ki, 2018-ci ilin sonuna AÇG blokunda 470 mln. ton neft hasil olunub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət