Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti Naxçıvan Muxtar Respublikasında $1,84 ümumi dəyərində geoloji kəşfiyyat işləri proqramının reallaşdırılmasına başlayıb. Bu barədə şirkətdən məlumat verilir.
“NMR-da Ordubad müqavilə zonasının mineral potensialını nəzərə alaraq, $1,84 dəyərində geoloji kəşfiyyat proqramı tərtib etdik. Proqram çərçivəısində tədqiqatlara artıq başlanılıb”, - məlumatda qeyd olunur.
Şirkətin məlumatına görə, proqrama geoloji kəşfiyyat və texnolohji hesabatların əldə olunması, həmçinin gələcək istehsal potensiallarının qiymətləndirilməsi məqsədilə digər məşhur metalların axtarışına yönələn geoloji səhra işləri və digər tədqiqatlar daxildir.
Həmçinin məlumatda qeyd olunur ki, 2018-ci ildə Ordubad müqavilə zonasından tədqiqat üçün torpaq nümunələri götürülüb. Nəticələr 2019-cu ilin ikinci rübündə əldə olunacaq.
“Ordubadda geoloji kəşfiyyat işlərinin reallaşdırılması qızıl, bürünc və gümüş hasilatı üzrə layihələr portfelimizin bir hissəsidir və bizə ümumi ehtiyatlarımızın artırılması üçün mühüm potensial verir”, - məlumatda şirkətin baş direktoru Reza Vəzirinin sözlərindən sitat gətirilir.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət