“Azərbaycan” İES 2021-ci ilədək gücü 23,5% - 2 min MVt-a qədər artırmağı planlaşdırır. Bu barədə cəmiyyətdən məlumat verilir.
“Hazırda Reabilitasiya proqramı çərçivəsində “Azərbaycan” İES-də tikinti və yenidənqurma işləri aparılır. Nəticədə, elektrik stansiyasının gücü 380 MVt – 2 min MV-t-a qədər artacaq, həmçinin İES-in dayanıqlı, etibarlı fəaliyyəti təmin olunacaq”, - məlumatda deyilir.
Bu işlərin reallaşdırılmasına 2018-ci ildə başlanıb və ümumilikdə 3 ilə tamam olacaq. Bu dövr ərzində stansiyada turbin, generatorlar, rele-mühavizə sistemi, sexlər, yarımstansiyalar, 500 və 300 kilovoltluq hava xətləri və əks qəza avtomatika ssisteminin tam yenidən qurulması və bərpası planlaşdırılır.
“Azərbaycan” İES 8 enerji blokundan ibarətdir və Cənubi Qafqaz regionunda ən iri elektrik stansiyasıdır. Stansiya Azərbaycanın elektrik enerjisinə olan daxili tələbatın 43%-ni təmin edir.
Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-nə keçən gecə “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkənin 39 şəhər və rayonunun enerji təchizatı kəsilib.
Elektroenergetika sisteminin təhlükəsiz, dayanıqlı, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi üçün Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Almaniyanın VPC şirkəti arasında “Azərbaycan” İES-in texniki auditi, onun reabilitasiyasına dair Baş Planın, eləcə də “Azərenerji” ASC-nin ötürmə sisteminin optimallaşdırılmasına dair proqramın hazırlanması üzrə müqavilə imzalanaraq onların icrasına başlanıb.
Bundan başqa, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə “2018-ci ildə baş vermiş qəza hallarının təhlili və Azərbaycan Respublikasının enerji sisteminin elektrik şəbəkəsinin gücləndirilməsinə dair tövsiyələrin hazırlanması” layihəsi üzrə işlərə xarici ekspertləri cəlb edib.
2018-ci ilin sentyabr ayından Azərbaycanda 2018-2020-ci illəri əhatə edən Reabilitasiya proqramı həyata keçirilir. Proqramın dəyəri 560 mln. manatdır. Ötən il “Azərenerji” bu məqsədlərə 251,5 mln. manat (cari məzənnə ilə $147,9 mln.) yönəldib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət