Azərbaycanda məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar sahibkarlığın inkişafı və sərmayələrin təşviqinə yönəldilib. Bunu Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan prezidenti İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanı məhkəməyə müraciət hüququndan başlayaraq məhkəmə qərarlarının icrasının səmərəliliyinə qədər bütün məsələləri əhatə edir. Ona görə də bu sənəd strateji sənəd hesab oluna bilər”, - G.Kərimov “Azərbaycanda məhkəmə hüquq-islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” konfransında bildirib Onun sözlərinə görə, bu fərman vergi və gömrük ödənişləri ilə əlaqədar yaranan mübahisələr, ibari dövlət sosial sığorta haqlarının ödənişi, həmçinin sahibkarlıq faliyyəti ilə əlaqədar digər məsələlərə dair ixtisaslaşdırılmış məhkəmənin yaradılmasını nəzərdə tutur. Bu addımlar sahibkarların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsi vəbizneslə bağlı mübahisələrin baxılmasına yönəldilib.
“Eyni zamanda, islahatlar süründürməçilik və digər mənfi amillərin aradan qaldırılmasına yönəlib, bunun üçün hakimlərin müstəqilliyinin təmin olunması, məhkəmələrin işinə müdaxilənin yolverilməz olması zəruridir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev öz növbısində qeyd edib ki, ölkədə penitensiar sahədə islahatlar və müqəssirlər barəsində alternativ cəza növlərinin tətbiqi 14 minə yaxın şəxsi əhatə edib.
“Doqquz min nəfər istintaq və məhkəmə mərhələsində məsuliyyətdən azad olunub. 1,8 min vətəndaş cəzadan azad edilib, onların 800 nəfərində azadlıqdan məhrumetmə cəzası olub. Bu məlumatlar əfv və amnistiya aktlarına aid deyil”, - o bildirib. **
R.Babayev
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət