“PAŞA Sığorta” şirkəti 2019-cu ilin birinci rübündə sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Sığorta” 64 mln. 468,8 min manat və ya 2019-cu ilin yanvar-mart ayları ərzində bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 32%-i həcmində sığorta haqqı toplayıb.
Qeyri-həyat sığortası seqmentində əldə edilmiş sığorta haqlarının həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə həmçinin aşağıdakı şirkətlər daxil olub: "Azərsığorta" (31 mln. 689,6 min manat), "Atəşgah" (10 mln. 528,7 min manat), “Meqa Sığorta” (8 mln. 624,3 min manat), “İpək Yolu Sığorta” (6 mln. 836,5 min manat).
2019-cu ilin birinci rübündə həyat sığortası seqmentində “PAŞA Həyat Sığorta” şirkəti sığorta haqlarının yığım həcminə (39 mln. 673 min manat) görə lider olub.
Bu seqmentdə haqların həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (9 mln. 285,6 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (2 mln. 579,3 min manat) qərarlaşıb. Hesabat dövründə “Xalq Həyat Sığorta” sığorta haqqı toplamayəıb və ödəniş həyata keçirməyib.
Hesabat dövründə sığortaçıların bütün sığorta haqlarının 86,3%-i və ya 173 mln. 685,5 min manat bu 8 şirkətin payına düşüb.
Birinci rübdə sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 12 mln. 489 min manat və ya sığortaçıların bütün ödənişlərinin 27%-ni təşkil edib.
“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (2 mln. 705 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (637,8 min manat) qərarlaşıb.
“PAŞA Sığorta” şirkəti qeyri-həyat sığortası seqmentində də ödənişlər üzrə lider olub (9 mln. 43,8 min manat). Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Atəşgah" (4 mln. 546 min manat), “AtaSığorta” (3 mln. 477,6 min manat), "Azərsığorta" (2 mln. 953 min manat), “AXA-Mbask” (2 mln. 85,2 min manat) və daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 82,1%-i və ya 37 mln. 937,5 min manat bu 8 şirkətin payına düşüb.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 82,1%-i və ya 937,5 min manat bu 8 şirkətin payına düşüb.
Bütövlükdə, 2019-cu ilin birinci rübündə “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” bazar üzrə bütün haqların 51,8%-ni topalyıblar. Ödənişlərdə şirkətlərin xüsusi çəkisi 46,6% təşkil edib.
2019-cu il martın sonuna bazarda fəaliyyət göstərən 22 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət