İran neftinin ixracı ilə bağlı ABŞ-ın sanksiyaları neft bazarına ciddi təsir göstərməyəcək. Azərbaycanın energetika naziri Pərviz Şahbazov belə hesab edir.
"ABŞ-ın İrana qarşı sanksiyaları və bir sıra ölkələrin İran neftini almaqdan imtina etməsi əlbəttə ki, bazarda neft ehtiyatlarının azalmasına gətirib çıxaracaq. Bunun ümumi prosesə necə təsir edəcəyini söyləmək çətindir, çünki dünya iqtisadiyyatının artım templərinin 3,6%-dən 3,1%-dək azalması müşahidə olunur, eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələrdə neft ehtiyatlarının həcmi az da olsa artır. Hesab edirəm ki, sanksiyalar bazara hər hansı radikal təsir göstərməməlidir", - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazir, həmçinin qeyd edib ki, Azərbaycan İran, o cümlədən Səudiyyə Ərəbistanı ilə bağlı vəziyyətlə əlaqədar OPEC+ formatında aparıcı rol oynayan ölkələrlə daim əlaqə saxlayır.
"Bizdə olan məlumata görə, Səudiyyə Ərəbistanı və BƏƏ iyun ayına qədər neft hasilatına dair birtərəfli qaydada qərar qəbul etməyəcək. Bu ölkələr yalnız iyun ayında Vyanada keçirilmiş OPEC+ Nazirlər Şurasının toplantısında qəbul edilən qərarlardan asılı olaraq addım atacaq”, - deyə P.Şahbazov vurğulayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət