Bank VTB (Azərbaycan) ADA universitetinin «Capstone project» layihəsində iştirak edib. Bankın əməkdaşlarının rəhbərliyi altında tələbələr ticari maliyyələşmə imkanlarını araşdırıb.
3 ay ərzində akademiyanın tələbələri VTB (Azərbaycan)-ın nümayəndələri ilə birgə ixrac sahəsində bankın inkişaf perspektivlərini, eləcə də ticari maliyyələşmə portfelinin diversifikasiya imkanlarını qiymətləndirib. Tədqiqat işinin nəticələrini VTB (Azərbaycan)-ın əməkdaşları və akademiyanın professorları qiymətləndirib. Layihənin yekunu nəticəsində bank tələbələrə sertifikat və həvəsləndirici hədiyyələr təqdim edib.
“Belə layihələr həm tələbə, həm də işəgötürənlər üçün çox vacibdir. Bu layihələr çərçivəsində məzunlar müəyyən sahə üzrə təcrübə əldə edir. Biz ölkənin əsas ali təhsil müəssisələri ilə fəal şəkildə çalışırıq, tələbələrə təlim keçirir və onları gələcəkdə işə qəbul imkanı verən təcrübə keçməyə dəvət edirik” –deyə, bank VTB (Azərbaycan)-ın İnsan resursları idarəsinin rəisi Asiya Haqverdiyeva bildirib.
Arayış üçün
Capstone project –müəyyən mövzu üzrə tələbələrin biliklərinin praktiki tətbiqini nəzərdə tutan ADA universitetinin layihəsidir. Layihə diplom işinin alternativi hesab olunur. Hər il layihəyə iri şirkət və təşkilatlar dəstək olur. Şirkət nümayəndələrinin köməkliyi ilə məzunlar müxtəlif mövzuları tədqiq edir və onların nəticəsində konkret təkliflər hazırlayır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət