VİSA Beynəlxalq ödəniş sistemi Azərbaycanda bir sıra tenoloji yeniliklər təqdim etmək niyyətindədir. Bu barədə “İnterfaks-Azərbaycan”a VİSA şirkətinin vitse-prezidenti, baş direktoru, MDB və Cənub-Şərqi Avropa regionunda həllər üzrə rəhbəri Kristina Doroş bəyan edib.
“İlk növbədə, qeyd etmək istərdim ki, yayda Azərbaycanda tokenizasiya texnologiyası – istifadəçilərin kart məlumatlarının şifrlənməsini tətbiq etmək istəyirik. Qeyd olunan texnologiya ondan ibarətdir ki, əməliyyatın həyata keçirildiyi zaman kartın bütün məlumatları şifrlənir. Bu, tranzaksiyaların təhlükəsizliyini asanlaşdırmağa imkan yaradacaq”, - Doroş qeyd edib.
VİSA-nın nümayəndəsinin sözlərinə görə, gələcəkdə tokenizasiya həmçinin kartları istifadəçilərin mobil telefonlarına uyğulamağa şərait yaradacaq, bu da kartın fiziki mövcudluğunu gərəksiz edəcək.
“Bundan əlavə, biz daha bir yenilik üzərində işləyirik, bu, mobil telefonların yardımı ilə kartlar vasitəsilə ödəniş qəbul etməyə imkan verəcək. Bizə məlumdur ki, banklara POS-terminallar almaq və onları quraşdırmaq hər zaman qitisadi baxımından faydalı deyil. Texnologiyamız trelefonu POS-terminala çevirməyə imkan yaradacaq, bu da kartların ödənişə qəbul prosesini mühüm dərəcədə sadələşdirəcək”, - Doroş məlumat verib.
Onun sözlərinə görə, hazırda bu texnologiya sınaqdan keçirilir. “Biz onu tam hazır vəziyyətə gətirərək daha sonra müxtəlif ölkələrdə, həmçinin Azərbaycan bazarında tətbiq etmək niyyətindəyik”, - Doroş əlavə edib. **
Ə.Məmmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət