SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, Sumqayıt şəhəri və ya Abşeron rayonunda qeydiyyatı olmalı (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də müraciət edə bilər), 15.09.2019-cu il tarixinədək 29 yaşı tamam olmamalıdır. Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müsabiqəyə müraciət edə bilməzlər. Müsabiqədə iştirak etmək istəyən kişilərin həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq hərbi bileti olmalı, tibb müəssisəsindən sağlamlıq haqqında arayış təqdim etməlidirlər.
Təlim Mərkəzinə aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nasos qurğusu maşinisti və təmirçi çilingər peşə ixtisasları üzrə ümumilikdə 33 şagird qəbul olunacaqdır.
Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı www.socar.az internet səhifəsinin “KARYERA” bölməsinin “TƏLİM MƏRKƏZLƏRİNƏ SƏNƏD QƏBULU” keçidinə daxil olaraq əldə edə və müvafiq qaydada müraciət edə bilərsiniz. Müraciət üçün son tarix: 28 may 2019
Xatırladaq ki, qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaqdır. Qanunvericiliyə müvafiq olaraq qadın əməyinin tətbiqi qadağan olunduğu peşələr üzrə yalnız kişilər qəbul olunacaqdır. Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş amma üzrsüz səbəbdən imtina etmiş namizədlər müraciət edə bilməzlər. Orta ixtisas və ilk peşə təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət