“Bakı Metropoliteni” QSC enerji sistemində qəza zamanı metro obyektlərinin enerji təchizatı üçün 17 dizel generatoru quraşdırıb. Bu barədə cəmiyyətin mətbuat xidmətinin məlumatında deyilir.
““Azərişıq” ASC-nin rayon yarımstansiyalarının ərazilərində dizel elektrik stansiyalarının tikintisini nəzərdə tutan konsepsiya hazırlanıb. Qəza vəziyyətlərində metropolitenə enerji bu yarımstansiyalardan veriləcək. Metropolitenin əsas enerji tələbatının ödənməsi müxtəlif güclərə malik mənbələrdən ən azı 10 yarımstansiyadan təmin olunacaq. Bu yarımstansiyalarda 17 dizel generatoru (12 ədəd 2.5 MVt, 4 ədəd 2 MVt və 1 ədəd 1 MVt gücündə) quraşdırılacaq”, - deyə məlumatda bildirilir.
Almaniyanın “MTU GmbH” şirkətinin (“Rolls-Royse Power Systems AG” şirkətinin bölməsi) istehsalı olan dizel generatorları artıq yarımstansiyalarda quraşdırılıb, hazırda generatorların sazlama və quraşdırma işləri görülür.
“Dizel elektrik stansiyaları fəaliyyətə başlayana qədər baş verə biləcək fövqəladə hallarda elektrik enerjisi ilə bağlı "Bakı Metropoliteni" QSC-də ən zəruri ehtiyacların ödənməsi məqsədilə müvəqqəti tədbir də görüb. Yeraltı qrunt sularının metro tunellərindən xaric edilməsi üçün suxaric qurğuların fəaliyyətini təmin etmək məqsədilə 450 kVA gücə malik mobil dizel elektrik stansiyasının sınaqlarının nəticəsi qənaətbəxş hesab olunub”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyası inşa edilir. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını təmin edəcək.
“Bu dizel-generator stansiyası Bənövşəyi xəttin ilk 3 stansiyasının infrastrukturunu enerji ilə təmin edəcək. Bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq iki yarımstansiyada qurulacaq dizel-generator stansiyalar xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək”, - deyə məlumatda bildirilir.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Metro ilə sərnişin daşımalarının illik həcmi 200 mln. nəfər təşkil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət