“AccessBank”beş illik strateji plan çərçivəsində kredit portfelini aktiv şəkildə artırmaq və yüksək gəlirlilik səviyyəsinə çatmağı planlaşdırır. Bu barədə “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
Bankın nümayəndə heyəti Bakıda Asiya İnkişaf Bankının (AİB) maliyyə və risk menecmenti üzrə vitse-prezidenti İngrid van Veesin (Ingrid van Wees) rəhbərlik etdiyi nümayəndələrlə görüş keçirib. Bu barədə bankdan məlumat verilir.
Görüşün məqsədi “AccessBank”ın inkişaf strategiyası və bank sektorunda baş verən proseslərin müzakirəsi olub.
A.Həsənov vurğulayıb ki, AİB-in i AccessBank”ın səhmdarları sırasına daxil olması mühüm amildir. “AİB ilə “AccessBank”ın əməkdaşlığının uzun tarixi mövcuddur və biz bu tərəfdaşlığa xüsusi önəm veririk. Son proseslər fonunda AİB “AccessBank”ın etibarlı tərəfdaşı olduğunu bir daha isbat etdi. Əminəm ki, AİB-in “AccessBank”ın səhmdarına çevrilməsi bankın inkişafına çox güclü təkan verəcək”, - məlumatda A.Həsənovun sözlərindən sitat gətirilir.
O qeyd edib ki, kapitallaşma prosesindən əvvəl investorlarla danışıqlar prosesində bankın beş illik strateji planı hazırlanıb. “Plana əsasən, biz kredit portfelimizi aktiv şəkildə artırmağı, o cümlədən yüksək gəlirlilik səviyyəsinə qayıtmağı planlaşdırırıq. Bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən əhaliyə göstərilən maliyyə xidmətərinin inkişafında aktiv iştirak etmək də daxildir”, - A.Həsənov bəyan edib.
Öz növbəsində İngrid van Vees qeyd edib ki, AİB ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və “AccessBank”ın biznes planına inanır: “2019-cu ilin mart ayında uğurla başa çatdırılan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edib və bunun hesabına “AccessBank” müştərilərinin artan maliyyə ehtiyaclarını qarşılaya biləcək”.
Xəbər verildiyi kimi, 2018-ci ildə “AccessBank” kredit portfelini 7,7% artırıb.
Öncə A.Həsənov bəyan edib ki, “AccessBank” 2020-ci ildə mənfəətə çıxmağı planlaşdırır: "Biz 2019-cu ilin ikinci yarısında əməliyyat mənfəəti əldə etməyi planlaşdırırıq, ümumi mənfəətlilik isə 2020-ci ildə gözlənilir".
“AccessBank" Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır. 2019-cu ilin mart ayında bank səhmdarların yeni tərkibinin formalaşması prosesinin başa çatdığını elan edib. Nəticədə, AİB 19,89% pay ilə (səhmdarlar arasında ən iri pay) “AccessBank”ın səhmdarı olub. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət