Cari ilin iyun ayında Fransa Sahibkarlar Təşkilatının (MEDEF) nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bunu Fransanın kənd təsərrüfatı naziri Didye Giyom deyib.
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Parisdə Giyom ilə görüşüb. Bu barədə nazirlikdən məlumat verilir.
“Cari ilin iyun ayında MEDEF-in Azərbaycana səfəri zamanı nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı şirkətləri də olacaq”, - Giyom bildirib.
Nazir əlavə edib ki, 2020-ci ildə Fransa şirkətləri Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində iştirak etməyi planlaşdırır.
“Giyom qeyd edib ki, Fransa fermerləri heyvandarlıq, İKT, üzümçülük, kənd təsərrüfat texnikaları sahəsində Azərbaycana kömək etməyə hazırdır”, - məlumatda vurğulanır.
Xüsusilə, Kərimov bildirib ki, Azərbaycan ASK sektorunun inkişafına xüsusi diqqət ayırır, dövlət aqrar sesktorunu dəstəkləyir.
Həmçinin Kərimov Fransanın kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarlarını Azərbaycanda mövcud liberal bazardan faydalanaraq daha fəal olmağa çağırıb.
Xəbər verildiyi kimi, öncə prezident İlham Əliyev Fransa şirkətlərini Azərbaycanın kənd təsərrüfatı sektorunda həyata keçirilən layihələrə investisiya qoymağa çağırıb. Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüş zaman Əliyev qeyd edib ki, qarşıdakı illərdə əsas diqqət yetirəcəyimiz sahə kənd təsərrüfatı olacaq. “Mən Fransanın nüfuzlu şirkətlərini Azərbaycana gəlməyə - müasirləşmə və məhsuldarlığın artırılması ilə bağlı layihələri həyata keçirmək üçün Azərbaycan hökuməti ilə işləməyə dəvət edirəm”, - Əliyev bildirib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət