“Azərişıq” ASC 2018-ci ildə xalis mənfəətini 2017-ci illə müqayisədə 28,1% - 12 mln. 919 min manatadək azaldıb.
Cəmiyyətin 2018-ci ilə dair maliyyə hesabatına əsasən, onun gəlirləri 1 mlrd. 205,021 mln. manat (artım 2,4% - İF), satışların maya dəyəri 1 mlrd. 97,307 mln. manat (2017-ci ilin göstəricisi ilə müqayisədə artım 2%) təşkil edib.
2018-ci ildə “Azərişıq” əməliyyat fəaliyyətindən 36,824 mln. manat gəlir (azalma 16,5%) və 30,269 mln. manat vergi ödənilənədək mənfəət (azalma 31,1%) əldə edib.
Ötən il cəmiyyətin mənfəət vergisi üzrə ödənişləri 17,35 mln. manat (azalma 33,2%) məbləğində olub.
2018-ci ildə “Azərişıq” ASC-nin aktivləri 2017-ci illə müqayisədə 9,4% - 2 mlrd. 237,826 mln. manatadək artıb. Cəmiyyətin uzunmüddətli aktivləri 2 mlrd. 67,145 mln. manata (artım 14,4%), qısamüddətli aktivləri 170,681 mln. manata (azalma 28,6%) bərabərdir.
Hesabata əsasən, 1 yanvar 2019-cu il tarixinə cəmiyyətin öhdəlikləri 665,557 mln. manat (artım 26,9%) məbləğindədir.
Cari ilin əvvəlinə “Azərişıq” ASC-nin kapitalı 1 mlrd. 572,269 mln. manata (artım 3,4%) bərabərdir. 2018-ci ilin sonuna cəmiyyətin nizamnamə kapitalı 1 mlrd. 678,705 mln. manat (2018-ci ildə artım 14,9% - İF), yığılmış zərər 330,263 mln. manat (artım 34,1%) təşkil edib.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət