VTB (Azərbaycan) 2019-cu ilin 1-ci rübünü 1,5 mln manat mənfəətlə yekunlaşdırıb. 31 mart 2019-cu il tarixinə bankın faiz gəlirləri 2 mln manat, xərcləri – 1,7 mln manat təşkil edib.
Bankın ani likvidlik əmsalı 30%-lik normativi xeyli üstələyərək 158,08% olub. Açıq valyuta mövqeyinin göstəricisi sərbəst dönərli valyutada - 1,53%, qapalı valyutada +0,7% təşkil edir, bir borcalan üzrə kredit riskinin miqdarı 23,75 %-dir (maksimal normativ 25% olduğu halda).
Hesabat dövrü ərzində bankın məcmu kapitalı 5,4% artıb və 55 mln manata çatıb, kapitalın adekvatlıq əmsalı– 36,63% və 38,32% təşkil edib ki, bu da normativ tələblərdən (5% və 10% müvafiq olaraq) xeyli yüksəkdir. Bank VTB (Azərbaycan)-ın aktivləri təxminən 11% artıb və 151,5 mln manat olub.
Kart hesablarnın sayı 10%-dən çox artaraq 11,81 min manat olub. 2019-cu ilin 1-ci rübündə bank Mastercard beynəlxalq ödəniş sisteminin kartlarının emissiyasına başlayıb. 3 ay ərzində VTB (Azərbaycan) 1,6 min kart emissiya edilib. Kart biznesinin inkişafı çərçivəsində kart istifadəçilərinin bank xidmətlərinə çıxış imkanlarını genişləndirmək istiqamətində tədbirlər görülüb, o cümlədən Cash İn funksiyalı (resayklinq) bankomatları istismara verilib.
“Cari ilin ilk rübü bank üçün kifayət qədər uğurlu oldu: bank mənfəətə çıxdı, və biz əsas göstəricilər üzrə də yaxşı nəticələr əldə edə bildik. Biz həm korporativ, həm də pərakəndə biznes sahəsində stabil artımı davam etdirmək niyyətindəyik. Bankın əsas fəaliyyət istiqamətləri sırasında kiçik və orta sahibkarlığa dəstək, kart biznesinin inkişafı qalmaqdadır” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət