SOCAR əvvəllər öyrənilməmiş 66 perspektiv ərazidə seysmik kəşfiyyat işlərinin aparılmasını zəruri hesab edir. Bunu SOCAR-ın geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynov deyib.
"Biz əvvəllər öyrənilməmiş 66 perspektiv ərazidə seysmik kəşfiyyat işlərinin aparılmasını zəruri hesab edirik. Bu sahələrin 32-si dənizdə, 34-ü isə quruda yerləşir", - deyə o, bu gün Bakıda keçirilən "Caspian Oil & Gas 2019" konfransında bildirib.
Vitse-prezidentin sözlərinə görə, hazırda BP “Abşeron” yatağının dayazsulu hissəsində seysmik kəşfiyyat işləri aparır. "Bu tədqiqatlara böyük ümidlərimiz var. Bundan əlavə, hesab edirik ki, Xəzər dənizinin şimal və cənubundakı dayazsulu hissələrdə (Neftçalaya qədər) də tədqiqatlar aparmaq lazımdır", - deyə B.Hüseynov qeyd edib.
O, həmçinin deyib ki, quruda şist neftinin hasilatı üçün yaxşı perspektivlər var. Gələcəkdə bu istiqamətdə də zəruri tədqiqatlar aparmaq lazım gələcək.
B.Hüseynov əlavə edib ki, Azərbaycanda 80 yataq aşkar edilib. Onların 28-i dənizdə, 52-si isə quruda yerləşir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət