Dünya Bankı (DB) və Azərbaycanın müvafiq strukturları Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, özünüməşğulluq sahələrində layihələrin hazırlanmasına başlayıb. Bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.
“Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, özünüməşğulluq sahələrində Dünya Bankı ekspertləri ilə ölkəmizin müvafiq strukturları arasında layihələrin hazırlanmasına başlanılıb”, - deyə o, bu gün prezident İlham Əliyevlə Bakıda görüşdə bildirib.
Ölkəmizlə əməkdaşlığın perspektivlərinə toxunan M.Tembon qarşıdakı illər üçün növbəti sosial-iqtisadi inkişaf proqramının hazırlanmasında Dünya Bankının Azərbaycana məsləhətçi kimi dəstək verməyə hazır olduğunu deyib.
O, Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösü də dövlət başçısına təqdim edib.
İ.Əliyev qarşıdakı illərdə institusional islahatlar, iş yerlərinin yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması kimi istiqamətlərdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
O, Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru S.Molenösə fəaliyyətində uğurlar arzulayıb.
Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanın Cənub-Şərqi Asiya ilə, eləcə də Azərbaycan, İran və Rusiyanın dəmir yollarının birləşdirilməsinə xidmət edir. Birinci mərhələdə bu dəhlizlə illik 5 mln. ton, gələcəkdə isə 10 mln. tondan artıq yük nəqli planlaşdırılır.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 54 layihənin həyata keçirilməsi üçün Azərbaycana $3,4 mlrd. kredit ayırıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət