2018-ci ildə SOCAR İsveçrədəki əməliyyatlardan 94 mlrd. 503 mln. manat gəlir əldə edib ki, bu da 2017-ci ilin göstəricisindən 20,2% çoxdur.
Şirkətin 2018-ci il üzrə birləşdirilmiş maliyyə hesabatına əsasən, ötən il şirkətin ümumi gəlirlərinin 84,9%-i İsveçrədəki fəaliyyətindən əldə olunan gəlirlərin payına düşüb.
Ötən il əldə olunan gəlirlərin 6 mlrd. 626 mln. manatı (artım 23,1%) Azərbaycanın, 4 mlrd. 972 mln. manatı (artım 0,9%) Türkiyənin, 2 mlrd. 352 mln. manatı (artım 77,6%) BƏƏ-nin, 1 mlrd. 124 mln. manatı (azalma 5,2%) Gürcüstanın, 1 mlrd. 621 mln. manatı isə (artım 44,5%) digər ölkələrin payına düşüb.
SOCAR İsveçrədə SOCAR brendi altnda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmaqla neft məhsullarının pərakəndə ticarəti sahəsində fəaliyyət göstərir.
SOCAR-ın “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmlərini əldə etməsinə dair saziş 2011-ci il noyabrın 16-da Sürixdə imzalanıb. “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmləri SOCAR-a $330 mln.-a başa gəlib.
Sazişə əsasən, “Esso Switzerland”ın alınması ilə həmin şirkətə məxsus 160-dan artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu (bu qurum bütün İsveçrə ərazisində kommunal-məişət təyinatlı yanacaq həcmlərinin və balon qazının müstəqil distribüterlərə satışını həyata keçirir), Vangen-Oltendəki Qazdoldurma zavodu, eyni zamanda İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri SOCAR-ın sərəncamına keçir.
Bundan başqa, “SOCAR Trading” ticarət şirkətinin mənzil-qərargahı Sürixdə yerləşir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət