Dövlət Gömrük Komitəsi (DGK) və IBM şirkəti 13 iyun tarixində blokçeyn texnologiyalarının tətbiqinə başlanılması haqqında ilkin saziş imzalayacaq. Bu barədə komitənin sədri Səfər Mehdiyev məlumat verib.
"IBM şirkəti ilə blokçeyn texnologiyalarının tətbiqinə başlanılması haqqında memorandum sabah imzalanacaq. Bu texnologiyaların Azərbaycanda tətbiqinə bu il başlanılacağı gözlənilir", - deyə S.Mehdiyev bu gün mətbuat keçirilən konfransında bildirib.
Onun sözlərinə görə, blokçeyn texnologiyalarının tətbiqi yüklərin dəniz və hava nəqliyyatı ilə daşınmasında da öz əksini tapacaq.
"Bu, məlumat sistemindən lazımi məlumatları kənardan müdaxilə olmadan, onlayn rejimdə əldə etməyə imkan verəcək. Sahibkarlar bundan faydalanacaqlar, bu, həm də gömrük xidmətlərinin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq", - deyə sədr vurğulayıb.
S.Mehdiyev qeyd edib ki, Azərbaycan IBM ilə Avropadan yük daşımaları ilə bağlı məsələlərlə əlaqədar da əməkdaşlıq edəcək.
"Yaxın aylarda biz bu istiqamətdə işə başlayacağıq. Bu imkanların tətbiqi konteyner daşımaları haqqında məlumat əldə etməyə imkan verəcək. Konteyner haradadır? Okeanın hansı hissəsindədir? Yükləri hansı şirkət və kimə göndərir? Bütün bunlar məlumat bazasına daxil olacaq”, - deyə o əlavə edib.
DGK sədrinin sözlərinə görə, Azərbaycan, həmçinin müxtəlif ölkələrlə blokçeyn texnologiyalarının tətbiqi üzrə ikitərəfli əməkdaşlığa dair saziş üzərində işləyir. "Bu istiqamətdə biz Hindistan və Moldovanın dəstəyi ilə Ukrayna ilə bir layihə həyata keçiririk", - deyə S.Mehdiyev bildirib.*
R.Babayev
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət