2019-cu ilin iyul aynda SOCAR (ARDNŞ) və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbnaycan sektorunda yeni hasilat platformasının quraşdırılmasına başlamağı planlaşdırır. Bu barədə ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilir.
Cümə günü SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Equinor ASA şirkətinin birinci vitse-prezidenti Kerri Lokhart Bakıda şirkətləri arasında cari əməkdaşlıq məsələləri, xüsusilə “Qarabağ” yatağının işlənməsi istiqamətində aparılan hazırlıq işlərinin statusunu müzakirə ediblər.
“Görüş zamanı qeyd olunub ki, iyul ayında “Qarabağ” yatağında qazma işləri aparacaq qurğu və yeni platforma nəzarətdən keçiriləcək, son tənzimləmələr tamamlandıqdan sonra platformanın dənizdə quraşdırılmasına başlanılacaq. Bu istiqamətdə görülən işlərin operativ və qrafikə uyğun şəkildə aparılmasının əhəmiyyəti vurğulanıb”, - məlumatda qeyd edilir.
SOCAR “Qarabağ”da hasilat platformasına dair detallar barədə məlumat vermir.
Xəbər verildiyi kimi, Azərbaycan "Caspian Drilling Company" (CDC) şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" yatağında qazma əməliyyatları üzrə Norveçin “Equinor” şirkətinin podratçısı olub. Müqaviləyə əsasən, "Caspian Drilling Company" "Qarabağ" yatağında iki quyu qazacaq. İlk buruq "Dədə Qorqud" yarımdalma qazma qurğusunun reaktivasiyasından sonra qazılacaq. Qurğunun reaktivasiyası CDC-nin dəniz bazasında və şirkətin mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Reaktivasiyanın yekunlaşması və qazma işlərinə başlanması üçün nəzərdə tutulan tarix 2019-cu ilin III rübüdür”
31 may 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların işlənməsi haqqında iki müqavilə imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət