Azərbaycanın mobil rabitə operatoru “Azercell Telecom” rebrendinq edib. Bu barədə şirkətin prezidenti Vahid Mürsəliyev məlumat verib.
"Rebrendinq şirkətimizin tarixində yeni bir səhifədir. Beləliklə, “Azercell” Azərbaycanda liderliyini qoruyub saxlamaq, inkişafını davam etdirmək, məhsullarını təkmilləşdirmək və abonentlərin rahatlığı üçün yeni qabaqcıl xidmətlər təqdim etmək niyyətindədir", - deyə V.Mürsəliyev bildirib.
V.Mürsəliyev qeyd edib ki, şirkətin yeni loqotipi "zamanla ayaqlaşmaq" və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün rəqəmsal texnologiyalar tətbiq etmək istəyini əks etdirir.
O xatırladıb ki, şirkətin fəaliyyəti dövründə (1996-2018) telekommunikasiya sektorunun inkişafına investisiya qoyuluşlarının ümumi həcmi $1,5 mlrd.-ı, dövlət büdcəsinə vergi ödənişləri isə $1 mlrd.-ı ötüb.
“Azercell Telecom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib. Şirkətin abunəçilərinin ümumi sayı 4,5 mln. təşkil edir.
Hazırda “Azercell”in 100%-lik səhmdarı "Azertel Telekomunikasyon ve Yatırım Dıs Ticaret A.S." Azərbaycan-Türkiyə şirkətidir. Şirkətin səhmlərinin 51,3%-i “AzInTelecom” dövlət şirkətinə məxsusdur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət