Vergilər Nazirliyinin kollegiyası KOB klaster şirkətinin meyarlarını təsdiq edib.
Meyarlara əsasən, kommersiya hüquqi şəxslər "KOB klaster şirkəti" kimi fəaliyyət göstərə bilərlər. Həmin şirkətlərin nizamnaməsində əhəmiyyətli qərarların Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə razılaşdırmaqla yerinə yetirməli olduğu əskini tapmalıdır.
Bundan başqa, belə şirkətlər həyata keçiriləcək “KOB klaster” layihəsi çərçivəsində "KOB klaster şirkəti"nin qarşılıqlı asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması, klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50%-ni klaster iştirakçılarından təchiz olunmasını təmin etməlidirlər.
"KOB klaster şirkəti"nin fəaliyyət sahəsi aşağıdakı 3 istiqamətdən birinə uyğun olmalıdır: Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması; istehlakın 50%-dən çox hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması; qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və sair) göstərilməsi.
Meyarlarda "KOB klaster şirkəti"nin həyata keçirəcəyi layihə üzrə investisiyanın minimum həcmi də müəyyən edilib. Bakı şəhərində (Bakıətrafı qəsəbələr istisna olmaqla) fəaliyyət göstərən şirkətlər üçün bu məbləğ 5 milyon manat, Bakıətrafı qəsəbələr və Abşeron rayonu üçün 3 milyon manat, Sumqayıt və Gəncə şəhərləri üçün 2,5 milyon manat, digər şəhər və rayonlar üzrə 1,5 milyon manat nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən və Qusar rayonları üzrə bu məbləğ 0,5 milyon manat olacaq.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət