Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinə ölkənin ən iri bankı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin özəlləşdirilməsi prosesini sürətləndirməyi tövsiyyə edir. Bunu BVF-nin ölkə üzzrə missiyasının rəhbəri Natalya Tamirisa deyib.
“ABB-nin özəlləşdirilməsi çox vacib məsələdir, çünki bu addım Azərbaycanın bank sektorunda rəqabəti sürətləndirməyə imkan verəcək”, - Tamirisa bu gün Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bankın aktivlərinin restrukturizasiyası kifayət qədər mürəkkəb proses idi və praktiki olaraq başa çatıb. “Bankın yeni biznes modelinin hazırlanması və onun özəlləşdirməyə hazırlığı üzrə son mərhələ davam edir. Biz bu prsosesi tez başlamağı məsləhət görürük”, - o vurğulayıb.
Azərbaycanın bank sektorunda cari vəziyyəti qiymətləndirən Tamirisa qeyd edib ki, sektorun bərpasına baxmayaraq, onun sağlamlaşdırılması və davamlılığının artırılması ilə bağlı tədbirləri davam etdirmək zəruridir.
“Bank sektoruna etimadı artırmaq üçün qeyri-işlək aktivlərin həcmini azaltmaq, maliyyə sektorunu tənzimləyən hüquqi bazanı təkmilləşdirmək və maliyyə bazarına nəzarət həyata keçirmək lazımdır. Bu addımlar da gələcək risklərin aradan qaldırılmasına şərait yaradacaq”, - Tamirisa qeyd edib.
Öncə maliyyə naziri Samir Şərifov bəyan edib ki, 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin özəlləşdirilməsi ehtimalı azdır. “Biz, əvvəl olduğu kimi, ABB-nin özəlləşdirilməsində maraqlıyıq, lakin bu məsələdə irəliləyiş yoxdur. Prosesin cari il həyata keçiriləcəyini düşünmürəm”, - S.Şərifov “İnterfaks-Azərbaycan”a bildirib.
Daha əvvəl AYİB ABB-nin restrukturizasiyası və özəlləşdirilməsində iştiraka maraq ifadə edib.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın əsas səhmdarı Azərbaycan Maliyyə Nazirliyidir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət