Asiya İnkişaf Bankı (AİB) 2019-2023-cü illərdə yeni 5 illik strategiya çərçivəsində Azərbaycana $900 mln. ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AİB-dən məlumat verilib.
“AİB-in 2019-2023-cü illərdə Azərbaycana ayırmağı planlaşdırdığı vəsaitin məbləği $900 mln. təşkil edir. Azərbaycan tərəfindən suveren kreditlərə tələbat $800 mln. məbləğində qiymətləndirilir”, - deyə məlumatda bildirilir.
AİB əvvəlki strategiya (2014-2018-ci illər - İF) çərçivəsində Azərbaycana ümumilikdə $3,04 mlrd. məbləğində kredit və qrant ayırıb.
2014-2018-ci illəri əhatə edən strategiya çərçivəsində AİB-in maliyyələşdirdiyi ən iri layihələr "Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi proqramının təkmilləşdirilməsi” ($500 mln.) və “Şahdəniz” layihəsinin ikinci mərhələsinin maliyyələşdirilməsi ($1,25 mlrd.) ilə bağlı olub.
Asiya İnkişaf Bankının Direktorlar Şurası Azərbaycan üzrə yeni strategiyanı təsdiq edib. Yeni strategiya 3 strateji prioritetdən ibarətdir: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun effektivliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmləndirilməsi.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $4,2 mlrd. məbləğində kredit ayırıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət