Asiya İnkişaf Bankı (AİB) 2020-2022-ci illərdə Azərbaycana özəl sektorun inkişafı və effektivliyinin artırılması məqsədilə $280 mln. ümumi məbləğdə kredit ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilir.
“Bank bu vəsaiti Azərbaycana 2020-2022-ci illərdə təqdim etməyi planlaşdırır. Bundan əlavə, həmin dövrdə AİB həmçinin illik $1,8 mln. məbləğində texniki yardım göstərməyi nəzərdə tutur”, - bankdan qeyd ediblər.
“Azərbaycanın iqtisadiyyatı hələ də neftdən olduqca asılıdır, bu da ehtiyatların məhdud olması və neftin qiymətinin volatil olması səbəbindən, qeyd olunan iqtisadi modeli dəyişkən edir. Hökumət qeyri-neft özəl sektorun inkişafı hesabına iqtisadiyyatı şaxələndirməyə çalışır. AİB hesab edir ki, bu proqram çərçivəsində kiçik və orta müəssisələr və qeyri-neft sektoru innovasiyaların genişləndirilməsi və texnologiyaların tətbiqi hesabına daha rəqabətə davamlı olmalıdır”, - bankdan qeyd ediblər.
Eyni zamanda, AİB-nin müətəxəssislərinin rəyinə görə, kənd təsərrüfatının məhsuldarlığı,o cümlədən, ərzaq mallarının təhlükəsizlik sisteminin yaxşılaşdırılması hesabına istehsalın və ASK məhsullarının ixracının artması üçün səy göstərmək lazımdır.
Bundan başqa, mikromaliyyə təşkilatların dəstəklənməsi və maliyyə sektorunun daha çox sayda alətlərin və maliyyə əlverişliyinin yaxşılaşması üçün risklərin azaldılması sxemlərinin tətbiqinə tələbat var.
“Biz yaxın illərdə Dünya Bankının Doing Business reytinqində Azərbaycanın göstəricilərinin ən azı 80 bala çatmasını (2018-ci ildə 78,64 bal - İF), BOKT-lar tərəfindən milli valyutada kreditləşmənin 413,9 mln. manat məbləğində baza göstəricidən 10% artmasını, kənd təsərrüfatı kreduitləşməsinin isə banklar və BOKT-ların kredit portfelinin baza göstəricisi 3% olduğu halda 5%-ə çatacağını gözləyirik”, - AİB-dən qeyd ediblər.
2019-cu il iyunun 25-də Asiya İnkişaf Bankının Direktorlar Şurası 2019-2023-cü illər üçün Azərbaycan üzrə yeni strategiyanı təsdiq edib. Asiya İnkişaf Bankı (AİB) 2019-2023-cü illərdə yeni 5 illik strategiya çərçivəsində Azərbaycana $900 mln. ayırmağı planlaşdırır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $4,2 mlrd. məbləğində kredit ayırıb.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət