“SNC-Lavalin`s Atkins” şirkəti Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin səmərəli istifadəsinin qiymətləndirilməsi üzrə layihənin icrasına başlayıb. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“SNC-Lavalin`s Atkins” zəruri məlumatları toplayıb, kiçik su elektrik stansiyalarının yerləşdiri ərazilərə səfərlər təşkil edib. Əldə olunan məlumatlar əsasında müvafiq təhlil hazırlanacaq”, - nazirlik qeyd edir.
2018-ci ilin oktyabr ayında Energetika Nazirliyi və BP arasında kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi ilə bağlı Niyyət Məktubu imzalanıb. Sənəd Energetika Nazirliyinin Azərbaycanda kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi məqsədinin dəstəklənməsini nəzərdə tutur.
Məktuba əsasən, Azərbaycanın kiçik dağ çaylarının hidroenerji potensialını gücləndirmək məqsədilə aparıcı məsləhətçi şirkət olan “SNC-Lavalin`s Atkins” tərəfindən bölgələrdə mövcud kiçik su elektrik stansiyalarının iş səmərəliliyini artırmaq üçün qiymətləndirmə aparılacaq. Mövcud stansiyaları nəzərdən keçirmək və yeni stansiyaların tikilməsi üçün mümkün sahələri qiymətləndirmək məqsədilə Atkins şirkətinin beynəlxalq ekspertlərinin əraziyə səfərləri təşkil olunacaq.
Nazirlik BP tərəfindən bu layihəyə dəstəyin hansı formada göstəriləcəyini dəqiqləşdirmir. Yalnız məlumat verilir ki, şirkətin indiyədək Azərbaycana sosial investisiyalarının həcmi $80 mln.-u ötüb.
Hazırda Azərbaycanda 23,5 MVt gücündə 10 kiçik su elektrik stansiyası fəaliyyət göstərir. Gücü 27,41 MVt təşkil edəən daha 12 kiçik su elektrik stansiyasının tikintisi layihələndirmə mərhələsindədir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət