Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyindəki “Türkiye Demiryolu Makinaları Sanayi A.Ş.” (TUDEMSAŞ) müəssisəsi AZərbaycan üçün $36 mln. ümumi məbləğdə 600 yük vaqonu istehsal etməyə ümid edir.
“TUDEMAS Azərbaycan gətirilən EA tipli yük vaqonu bazasında Azərbaycan tərəfi üçün yeni vaqonların iki prototipini istehsal edib. Vaqonlar test sınaqlarından uğurla keçdikdən və zəruri avadanlıq əlavə olunduqdan sonra sifarişçiyə təslim ediləcək. Onların tədarükündən sonra Azərbaycandan iri həcmdə sifariş gözləyirik”, - Türkiyənin Sabah qəzeti şirkətin vbaş direktoru Mehmet Başoğluya istinadən məlumat verir.
Onun sözlərinə görə, yeni vaqonlar yalnız Azərbaycanla Türkiyə arasında istifadə üçün nəzərdə tutulur.
“Biz Azərbaycanın sifarişi ilə 600 analoji vaqon istehsal etməyi ümid edirik. Bu sazişin ümumi dəyəri $36 mln. həcmində qiymətləndirilir”, - Başoğlu qeyd edib.
O, həmçinin məlumat verib ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə birlikdə Türkiyədə vaqon istehsalının təşkili məsələsi gündəmdədir. “ADY bu təkiflə çıxış edib. Biz öz tərəfimizdən birgə müəssisənin yaradılması üçün hərtərəfli dəstək göstərməyə hazırıq”, - Başoğlu vurğulayıb.
O bildirib ki, TUDEMAS-ın illik istehsal həcmi 700 vaqon təşkil edir.
TUDEMAS müəssisəsi 1939-cu ildə parovoz və yük vaqonlarının təmiri məqsədilə təsis olunub. 1953-cü ildə dəmir yolu nəqliyyatının inkişafı ilə bərabər yük vaqonlarının istehsalına başlayıb.
Hazırda şirkət yük və sərnişin vaqonlarının təmiri və yük vaqonları və istənilən növ ehtiyat hissələrinin istehsalı ilə məşğuldur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət