Azərbaycan müflisləşmə sahəsində mövcud qanunvericiliyi təkrar nəzərdən keçirməlidir. Bunu “VTB Bank (Azerbaijan)” ASC-nin İdarə Heyətinin sədri Yevgeni Kirin deyib.
“Azərbaycanda "Müflisləşmə və iflas haqqında" qanunun qəbul edilməsinə baxmayaraq, işləmir, bu məhkəmə işlərinin kartotekasından da görünür. "Müflisləşmə və iflas haqqında" qanunu sadəcə kreditorların maraqlarının güclənməsi kimi qəbul etmək olmaz. Əslində, müasir institutunda da borc alanların maraqları qorunur”, - Kirin bildirib.
O qeyd edib ki, kreditorları aktivlərin çıxarılması məqsədilə qəsdən müflisləşmə daha çox narahat edir.
“Bu günə qanunvericilik bizə həmin sazişlərə qarşı iddia qaldırmağa imkan vermir, baxmayaraq ki, biz rəhbərlər, səhmdarların hərəkətlərinə hüquqi qiymət verməliyik. Suallarımız yaranır, lakin mpvcud qanunvericilik çərçivəsində imkanlar məhdud olduğundan onların həllini aktivləşdirə bilmirik”, - Kirin vurğulayıb.
Bankın sədri hesab edir ki, bu məsələnin həlli ölkədə işgüzar mühitin qiymətləndirilməsinə müsbət təsir edərdi, çünki dünya reytinqlərində aparıcı mövqelər tutan əksər ölkələrdə bu mexanizm var.
“Ümid edirik ki, məhkəmə islahatları və gələcək fəaliyyət çərçivəsində Azərbaycanda bu məsələ öz həllini tapacaq. O cümlədən, qanunun iki hissəyə - "Hüququ şəxslərin müflisləşmə və iflası haqqında" və “Fiziki şəxslərin müflisləşmə və iflası haqqında” qanubnlarına bölünməsini zəruri hesab edirəm. VTB Qrup bu məsələdə artıq Rusiyada tətbiq olunan öz təcrübəsi ilə bölüşməyə hazırdır”, - Kirin əlavə edib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət