Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar prosesinin pozulması məqsədilə təxribatlara davam edir. Bu barədə Azərbaycan XİN-in bəyanatında qeyd olunur.
XİN bildirir ki, Ermənistanın hakimiyyətinin yüksək vəzifəli nümayəndəsi tərəfindən işğal olunmuş ərazilərimiz boyunca “cənub istiqaməti” adlandırılan yeni yolun çəkilməsi barədə verilən açıqlama Ermənistanın əsl niyyətinin hərbi işğala əsaslanan mövcud status-kvonu möhkəmləndirmək və münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək və Azərbaycanın işğal olunmuş ərazilərini ilhaq etmək olduğunun növbəti nümunəsidir.
“Münaqişənin həlli ilə bağlı münbit şəraitin yaradılmasına baxmayaraq, Ermənistanın atəşkəs rejiminin arxasında gizlənərək destruktiv şəkildə qeyri-qanuni fəaliyyətləri davam etdirməsi danışıqlar prosesinin pozulmasına yönəlmiş növbəti təxribatçı cəhddir. Buna görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”, - bəyanatda vurğulanır.
XİN ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini işğal olunmuş ərazilərimizdə aparılan və danışıqlar prosesinə ciddi zərbə vuran qeyri-qanuni fəaliyyətləri ciddi şəkildə nəzərə almağa çağırır.
Bəyanada deyilir ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyətlər, o cümlədən infrastruktur dəyişikliyinin aparılması Ermənistanın münaqişənin sülh yolu ilə həll edilməsi barədə iddialarının “riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaqdan” başqa bir şey olmadığını göstərir.
“Beynəlxalq öhdəlikləri tapdalayaraq işğal etdiyi ərazilərdə qanunsuz əməlləri davam etdirən Ermənistanın təxribatçı hərəkətlərini kəskin qınayır və təcavüzkardan bölgəmizdə sülh, təhlükəsizlik və rifaha qarşı yönələn əməllərinə son verməyi və işğalçı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağı təkidlə tələb edirik”, - məlumatda qeyd olunur.
XİN-in məlumatına görə, şmal istiqaməti adlandırılan və işğal olunmuş Kəlbəcər rayonundan çəkilmiş “Vardenis-Ağdarə” avtomobil yolu, eləcə də mərkəzi “Gorus-Laçın” avtomobil yolu təcrübəsi göstərir ki, Qubadlı və Cəbrayıl rayonlarından çəkilməsi nəzərdə tutulan yeni yol işğal altında olan bu ərazilərin təbii və digər resurslarının daha aqressiv formada talan edilməsinə xidmət edəcək.
“Ümumiyyətlə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişikliyi ilə bərabər maddi-mədəni irsin məhv edilməsi, demoqrafik tərkibin dəyişdirilməsi, mineral resursların talan edilməsi və digər bu kimi qeyri-qanuni fəaliyyətlər həyata keçirir”, - bəyanatda vurğulanıb.
“İşğalçı ölkənin bu kimi təxribatçı əməllərinə müvafiq şəkildə cavab vermək hüququnu Azərbaycan özündə saxlayır", - bəyanatda bildirilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət