2019-cu ilin birinci yarısında dünya bazarlarında bir neftin orta qiyməti 66 dolları üstələyıb.
“Neftin orta qiyməti ilin ötən dövründə 66 dolları üstələyib (2018-ci ildə 72 dollar)”, - AMB-nin bəyanatında deyilir.
Eyni zamanda, AMB bildirir ki, ölkənin xarici iqtisadi mövqeyi yaxşılaşmaqda davam edir. “Yanvar-iyun aylarında malların ixracı 15.2%, o cümlədən, qeyri-neft ixracı 13.5% artmaqla monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artım tempini (11.6%) üstələyib”, - bankdan qeyd olunur.
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 9.7% və ya 4.3 mlrd. dollar artaraq iyulun 1-nə 49.1 mlrd. dollara çatıb.
Həmçinin bank qeyd edir ki, beynəlxalq təşkilatlar cari ildə qlobal iqtisadi artım, o cümlədən ölkəmizin bir neçə əsas ticarət tərəfdaşları üzrə iqtisadi artım proqnozlarını azalmağa doğru təshih etmişdir. Bundan əlavə, bank bildirir ki, qlobal qeyri-müəyyənliklər və ticarət qarşıdurmaları qalmaqdadır.
Bu şəraitdə dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 7.1%, o cümlədən ət məhsulları üzrə 8.4%, süd məhsulları üzrə isə 17.2% bahalaşıb O cümlədən, AMB qeyd edir ki, xarici monetar şərait yumşalmaqda davam edir. İlin əvəlindən manatla pul bazası 7% artıb, bu da sosial xarakterli fiskal stimulların həyata keçirilməsi ilə şərtlənir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət