İyulun 29-da ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”nın yeni“Nizami” filialının rəsmi açılış mərasimi baş tutub.
Ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialda müştərilərin rahatlığı üçün geniş xidmət zonası olan əməliyyat zalı, eləcə də günün 24 saatı fəaliyyət göstərən bankomat və ödəniş terminalları mövcuddur.
Filialda həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri, sərfəli şərtlərlə kreditlər, əmanətlərin qəbulu, plastik kartların sifarişi, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi və s. xidmətlər təklif olunur.
Qeyd edək ki, Zivərbəy Əhmədbəyov küçəsi ilə C. Cabbarlı küçələrinin kəsişməsində yerləşən yeni “Nizami” filialıdaha öncəC.Cabbarlı küç.38 ünvanında yerləşən “Nərimanov” filialının yerinə açılıb.
İldən-ilə xidmət şəbəkəsini genişləndirən “Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 25 filialı və 2 şöbəsi var.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət