Avqustun 1-də Bakı Fond Birjasında (BFB) Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 10 mln. manat ($5,88 mln.) məbləğində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Avqust 1-də Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. QDTİB-in 10 mln. manat məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazları üzrə 81 mln. manat məbləğində sifariş toplanıb. Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 8 dəfə üstələyib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 1036,9251 manat, orta ölçülmüş qiyməti isə 1038,5984 manat müəyyən olunub. Hərrac nəticəsində istiqrazlar tam şəkildə yerləşdirilib.
Tədavül müddəti 730 gün olan istiqrazlar üzrə ödəmə tarixi 31 iyul 2021-ci ildir. İllik faiz dərəcəsi 9,25% təşkil edir və faizlər üç təqvim ayından bir ödənilir.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter "PASHA Capital İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verildiyi kimi, Qara Dəniz Ticarət və İnkişaf Bankı il ərzində Azərbaycanda ümumilikdə 50 mln. manat ($29,4 mln.) məbləğində istiqraz buraxmağı planlaşdırır. Birinci tranş 10 mln. manat təşkil edəcək.
Bu, beynəlxalq maliyyə institutu tərəfindən Azərbaycanda manatla ilk istiqraz buraxılışıdır.
İstiqrazların yerləşdirilməsində məqsəd Azərbaycanda kiçik və orta biznesin gələcəkdə kreditləşdirilməsi üçün vəsait cəlb etməkdir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir. 2018-ci ilin sonuna bankın Azərbaycandakı layihələr üzrə cari portfeli 53,867 mln. avro həcmində qiymətləndirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət