“Nərimanfilm” şirkəti sentyabrın 19-da Bakıda keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyoru olub. 9-cu Beynəlxalq Caspian Energy Forum “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və Caspian Energy jurnalının 20 illik yubileyinə həsr olunub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
““Nərimanfilm” şirkəti Caspian European Club-un və tərəfimizdən həyata keçirilən əksər layihələrin ənənəvi və fəal partnyorudur. Biz əmədaşlığımızdan olduqca məmnunuq. Səmərəli sıx əlaqələrin eyni zamanda Beynəlxalq Caspian Energy Forum Baku çərçivəsində də davam edəcəyinə ümid edirik”, - deyə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
“Nərimanfilm” kinoşirkətinin baş direktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov da Caspian European Club ilə əməkdaşlığı məhsuldar və qarşılıqlı səmərəli hesab edir. “Biz əməkdaşlığımızı davam etdirməyə, fəallaşdırmağa və 9-cu Beynəlxalq Caspian Energy Forum Baku-nun uğurlu təşklinə kömək etməyə hazırıq”, - deyə Nəriman Məmmədov söyləyib.
Caspian Energy Forum Baku – 2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqat iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkələrinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.
Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında həmçinin “Azpetrol ltd” ASC, “AzerTelecom” ASC, “ICODS Hilmer GMBH, “Hellmann Worlwide Logistics ” və “AzeriСard” ASC də var.
Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com
Şirkət haqqında: “Nərimanfilm”in əsası 1994-cü ildə qoyulub. Müştərilərə və partnyorlara keyfiyyətli məhsul və xidmət təqdim etmək məqsədilə təcrübəli ssenariçi, rejissor, texnik və dizayner komandası yaradılıb. “Nərimanfilm” həm peşəkar video və foto çəkili sahəsində, həm də seçilmiş biznes sahələrində yeni media texnoloji işlərin həyata keçirilməsində öncül provayderlərdən biridir. Şirkət kino və video məhsullarının istehsalı üzrə geniş xidmət göstərir və Az Cinema Online internet kinoteatrına sahibdir.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb. Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət