“SOCAR-Petrofac” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz yatağının işlənməsi layihəsi çərçivəsində mühəndis-texniki xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb. Bu barədə “Petrofac”ın saytında dərc olunmuş məlumatda deyilir.
““SOCAR-Petrofac” “Abşeron” təbii qaz yatağında “Total” və SOCAR-ın fəaliyyətinin dəstəklənməsi üçün mühəndis-texniki xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb. Müqavilə uzadılması mümkün olmaqla 12 ay müddətinə bağlanılıb”, - deyə məlumatda bildirilir.
“Biz Azərbaycanda xidmətlərimizin genişlənməsinə şadıq və “Total” ilə SOCAR-ın fəaliyyətinin dəstəklənməsi üçün mühəndis və daha geniş spektrli texniki xidmətlər göstərəcəyimizə ümid edirik”, - deyə məlumatda “Petrofac EPS East” şirkətinin idarəedici direktoru Mani Racapatiyə istinadən qeyd olunur.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabr ayında SOCAR və “Petrofac” birgə müəssisənin təsis olunması haqqında müqavilə imzalayıb. Birgə müəssisədə SOCAR-ın payı 51%, "Petrofac" şirkətinin payı isə 49% nisbətində müəyyən edilib.
Birgə müəssisənin yaradılmasında məqsəd öz imkanlarından istifadə edərək, neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Yeni birgə müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrində çalışan işçilər üçün sınaqdan çıxmış, daha mükəmməl və müasir proqramlar əsasında təlim və tədris xidmətləri göstərəcək.
SOCAR və “Total” 2016-cı il noyabrın 21-də “Abşeron” qaz-kondensat yatağının işlənməsinin 1-ci mərhələsi üzrə əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalayıb.
2009-cu il fevralın 27-də SOCAR və "Total” arasında "Abşeron” bloku üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total”dır (50% - operator).
Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kvadratmetrdir.
"Abşeron” bloku Bakıdan 100 kilometr aralıda suyun 500 metr dərinliyində yerləşir.Yatağın ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensatdır.
Birinci hasilat quyusunun qazılmasına 2018-ci ilin may ayında başlanılıb. Birinci mərhələdə yataqdan sutkada 4,3 mln. kubmetr qaz və 2 min ton kondensat hasilatı nəzərdə tutulur. “Abşeron” yatağından ilk qaz hasilatına 2020-ci ilin əvvəlində başlanılması planlaşdırılır.
Birinci mərhələ çərçivəsində hasil olunan qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət