Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC sosial mənzil tikintisi layihələri çərçivəsində müxtəlif işlərin icrasına 123 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, sosial mənzil komplekslərində məktəblər, yollar, və yaşayış binalarının tikintisinə dair 122 mln. 821 min 292,22 manat ümumi məbləğdə 15 podrat müqaviləsi bağlanıb.
Xüsusilə, «NN Group» MMC ilə 20 mln. 902 min 303,22 manat ümumi məbləğdə iki müqavilə imzalanıb: 1200 şagird yerlik tam orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi (dəyəri – 7 mln. 247 min 166 manat), 7 nömrəli, 7 mərtəbəli binanın 1-ci, 2-ci və 3-cü seksiyalarının tikintisi (13 mln. 655 min 137,22 manat).
Həmçinin, «HN Construction» MMC ilə 17, 18, 19 və 20 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının və 100 yerlik uşaq bağçasının tikintisi və 1920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsinə air 22 mln. 653 min 358,28 manat məbləğində iki müqavilə imzalanıb.
“CHİNAR İNSHAAT” MMC (CASPİAN SERVİCE MMC KONSORSİUM) ilə 4 nömrəli 9 mərtəbəli 2 bloklu, 5 nömrəli 9 mərtəbəli 2 bloklu və 6 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi və 8 və 9 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 13 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisinə dair 17 mln. 700 min 879 manat məbləğində iki müqavilə baölanıb.
“Hünər İnşaat” şirkəti 7 nömrəli, 7 mərtəbəli binanın 4-cü və 5-ci seksiyalarının tikintisi və
21 nömrəli 12 mərtəbəli 1 bloklu, 22 nömrəli 9 mərtəbəli 2 bloklu və 23 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisinin podratçısı qismində cəlb olunub (18 mln. 922 min 15,68 manat).
«Faktor Qrup-S» MMC ilə 24 nömrəli 12 mərtəbəli 1 bloklu, 25 nömrəli 9 mərtəbəli 2 bloklu və 26 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisinə dair 9 mln. 717 min 79 manat məbləğində, «Perlit» MMC ilə 10 və 11 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 14 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisinə dair 7 mln. 999 min 864.3 manat məbləğində, 19 saylı Tikinti Təmir İdarəsi MMC (CASPİAN PLUS-A MMC) ilə abadlıq işləri və yaşıllaşdırma işlərinə dair 3 mln. 289 min 482 manat məbləğində, «Azinvest Inşaat» QSC ilə poliklinika binasının tikintisi və avadanlıqlarla təchiz edilməsinə dair 7 mln. 622 min 852 manat məbləğində müqavilə imzalanıb.
Bundan başqa, “TORMA” MMC (NN GROUP MMC, KONSORSİUM) 1 nömrəli 9 mərtəbəli 2 bloklu, 2 nömrəli 9 mərtəbəli 2 bloklu və 3 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisinə dair (9 mln. 621 min 852 manat), “Körpü-Bina-Tikinti” MMC ilə ərazinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının çəkilməsinə dair (4 mln. 439 min 748.23 manat) müqavilə imzalanıb.
Öz növbəsində, “Məkan İnşaat” MMC ilə Sumqayıt şəhəri, 41-ci məhəllədə 0,7565 ha torpaq sahəsində 9 mərtəbəli 2 bloklu 2 yaşayış binasının tikinti layihəsinin (tikinti ərazisinin baş planı, abadlıq, yaşıllaşdırma) memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı bölməsi, (su və kanalizasiya təchizatı, elektrik təchizatı, rabitə, qaz, istilik təchizatı üzrə işçi layihəsi), tikinti işlərinin təşkili bölməsi, insolyasiya layihəsi və smeta bölməsinin hazırlanmasına dair müqavilə imzalanıb (41 min 858.51 manat).
Xəbər verildiyi kimi, hazırda MİDA Bakıda sosial mənzil tikintisi üzrə 3 layihənin reallaşdırılması ilə məşğuldur – ikisi Yasamal rayonunda və biri Hövsan qəsəbəsində. Həmçinin “MİDA” Sumqayıt şəhərində çoxmənzilli yaşayış kompleksi inşa edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət