Azərbaycanda dövlət idarəçiliyi sahəsində səmərəliliyin artması neftin qiymətinin ucuzlaşması nəticəsində sürətlə pisləşən ticarət şərtləri fonunda baş verib. Bunu "Moody`s Investors Service" reytinq agentliyinin analitikləri qeyd edirlər.
Agentliyin MDB-də islahatlara və onların nəticələrinə dair hesabatında deyilir ki, dünyada enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşması nəticəsində Azərbaycan milli valyutanın dollara bağlılığını ləğv edib ki, bu da xarici şokları bir qədər yumşaltmağa imkan verib.
"Hazırda Azərbaycan Mərkəzi Bankı da uçot dərəcəsinin köməyi ilə inflyasiya hədəflənməsi prosesini həyata keçirir, eyni mexanizmdən istifadə edən Qazaxıstan isə inflyasiyanın daha sürətlə azalmasına nail olur”, - deyə hesabatda bildirilir.
“Moody`s”in analitikləri vurğulayırlar ki, 2015-2016-cı illərdə Azərbaycan manatının devalvasiyası ölkəni yüksək dollarlaşmış bank sistemində artan təzyiqlə üz-üzə qoyub.
"Bu təzyiq bank sektorunda islahatlara, yeni makroprudensial tədbirlərin və qanunverici təşəbbüslərin həyata keçirilməsinə səbəb olub. Neft gəlirlərinin sabitliyini nəzərə alaraq hökumət iqtisadiyyatın şaxələndirilməsi üçün səylərini bərpa edib. Biz gözləyirik ki, bu yaxınlarda (1 yanvar 2019-cu il - İF) Azərbaycanda tətbiq edilən vergi qanunvericiliyi protsiklliyi, eləcə də qeyri-neft büdcəsi kəsirini tədricən azaldacaq", - deyə hesabatda bildirilir.
Agentlik hesab edir ki, Azərbaycanda ("Ba2", "stabil") 2014-16-cı illərin şoklarından sonra iqtisadiyyat bərpa olunduqca islahatların aparılması üçün sövqedici motivlər azalıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət