2019-cu ilin birinci yarısında “Meqa Sığorta” şirkətinin xalis mənfəəti 2 mln. 283 min 377,14 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2018-ci ilin birinci yarısının yekunları üzrə “Meqa Sığorta” şirkətinin xalis mənfəəti 2 mln. 529 min 946,08 manat təşkil edib. Beləliklə, şirkət 2019-cu ilin yanvar-iyun aylarında xalis mənfəətini 9,8% azaldıb.
Şirkətin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, hesabat dövründə şirkətin gəlirləri 12 mln. 303 min 438,67 manat, sığorta haqları 14 mln. 598,133 min manat, investisiya gəlirləri 738,952 min manata bərabər olub. Hesabat ili ərzində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2019-cu ilin birinci yarısında “Meqa Sığorta” şirkətinin xərcləri 9 mln. 449 min 217,25 manat, o cümlədən sığorta ödənişlərinin həcmi 1 mln. 666,667 min manat, sığorta işinin aparılması xərcləri 2 mln. 33,403 min manat, təkrar sığortaya verilən risklər 5 mln. 608,826 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Hesabat dövründə şirkətin vergiöncəsi mənfəəti 2 mln. 854 min 221,42 manat, mənfəət vergisi üzrə ödənişləri 570 min 844,28 manat təşkil edib.
Birinci yarımillikdə şirkətin aktivləri 16,2% - 49mln. 380,665 min manata qədər, məcmu kapitalı 9,3% - 26 mln. 64,23 min manata qədər, öhdəlikləri 25% - 23 mln. 316,436 min manata qədər artıb.
Hesabat dövründə şirkət nizamnamə kapitalını 14,5 mln. manat səviyyəsində saxlayıb.
Yanvar-iyunda şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 0,1% - 9,3 mln. manata qədər azalıb.
“Meqa Sığorta” şirkəti 2010-cu il oktyabrın 1-dən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin səhmdarları bir neçə fiziki şəxsdir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət