SOCAR şirkəti (ARDNŞ) 2020-ci ilin əvvəlində illik gücü 7,5 mln. ton olan ELOU-AVT-6 ilkin neft emalı qurğusunun inşasına başlanağı planlaşdırır. Bu barədə layihə direktoru Nihal Allahverdiyev cümə günü jurnalistlərə məlumat verib.
“2019-cu ilin sonunadək yeni ELOU-AVT-6 qurğusunun inşası üzrə podratçı seçiləcək. Gələn ilin əvvəlində inşa işlərinə başlanacaq”, - o bildirib.
Allahverdiyevin sözlərinə görə, qeyd olunan qurğunun işası üzrə podratçı seçimi BNEZ-də fəaliyyət göstərən qüvvədə olan EPS-podratçıları arasında aparılır. “Həmin şirkətlər artıq baza təkliflərini irəli sürüblər, hazırda onlara baxılır”, - o vurğulayıb.
Allahverdiyev qeyd edib ki, 2021-ci ildə BNEZ-də katalitik krekinq və katalitik reforminq qurğularının inşası, naftanın və katalitik krekinqdən alınan benzin fraksiyasının, naftanın hidrotəmizlənməsi, vakum qazoylunun hidrotəmizlənməsi və amin regenerasiya və hidrogen qurğu istehsalına başlanacaq.
Öncə Allahverdiyev məlumat verib ki, BNEZ-dƏ yenidənqurma və modernizasiya işləri 2024-2025-ci illər ərəfəsində tam başa çatacaq.
Əvvəl SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov məlumat verib ki, illik gücü 7,5 mln. ton olan ilkin neft emalı qurğusunun inşası təxminən $350 mln.-a başa gələcək.
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi ümumilikdə 3 mərhələdə həyata keçiriləcək BNEZ-in yenidən qurulmasının birinci mərhələsi 2018-ci ildə başa çatıb. Nəticədə yeni bitum qurğusu və yeni LPG məntəqəsi istifadəyə verilib.
BNEZ-in yenidən qurulmasının ikinci mərhələsinin yekununda “Avro-5” standartları üzrə dizel yanacağının istehsalı, üçüncü mərhələnin yekunları üzrə “Avro-5” standartları üzrə Aİ 92/95/98 markalı avtomobil benzininin istehsalı təşkil olunacaq.
Modernizasiyadan sonra BNEZ-də illik 2,2 mln. ton avtomobilo benzini (hazırda 1,2 mln. ton təşkil edir), illik 2,9 mln. ton dizel yanacağı (1,9 mln. ton), 1 mln. ton reaktiv yanacağı (600 min ton), 400 min ton bitum (200 min ton), 390 min ton neft-kimya məhsulları (112 min ton) istehsal olunacaq.
Layihə $2,2 mlrd. məbləğində qiymətləndirilir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət