Qazaxıstanın "Kaspi.kz" üç elan saytı alaraq Azərbaycan bazarına çıxıb. Bu barədə “İnterfaks-Qazaxıstan”a müsahibəsində Kaspi.kz” İdarə Heyətinin sədri Mixail Lomtadze deyib.
“Biz artıq Azərbaycan bazarına çıxmışıq. Orada avtomobil, daşınmaz əmlak və ümumi yeni və işlənmiş malların satışı üçün ən böyük platformaya sahibik: Turbo.az (avtomobil bazarı), Tap.az (yeni və işlənmiş mal bazarı) və Bina.az (daşınmaz əmlak bazarı). İndi deyə bilərik ki, “Kaspi.kz” innovasiyalarının Azərbaycana ixracına başlamışıq", - deyə M.Lomtadze bildirib.
Onun sözlərinə görə, “Kaspi.kz” ortamüddətli perspektivdə Mərkəzi Asiyada və Qafqazda biznesini daha da inkişaf etdirməyi planlaşdırır.
“Orta Asiya və Qafqaz 85 milyon nəfəri əhatə edir. Ətrafımızdakı bütün bazarları maraqla müşahidə edir və həm bu bazarların cəlbediciliyi, həm də inkişaf tempi üzrə bir sıra amillərin üst-üstə düşməsini gözləyirik. Əsas lokomotivimiz mobil tətbiqdir, müvafiq olaraq biz texnoloji cəhətdən də inkişaf etməyi planlaşdırırıq və infrastrukturun məqbul vəziyyətdə olması bizim üçün vacibdir. Qazaxıstan bazarı 18,5 milyon nəfəri, Azərbaycan bazarı isə 10 milyon nəfəri əhatə editr. Vaxtı çatanda digər bazarlara da çıxacağıq”, - deyə sədr qeyd edib.
2018-ci ildə “Kaspi.kz” 40,9% payla Qazaxıstanın e-commerce bazarında ən iri oyunçu olub.
Onun səhmdarları “Baring Vostok Funds” (35%), Kim (32%), Lomtadze (29%) və “Goldman Sachs”dir (4%).*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət